Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Murad Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Astarainfo.az APA–ya istinadən xəbər verir ki, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, M. Ələsgərov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il mayın 22-də Quba rayonunun Güləzi kəndində yaşayan Murad
Ələsgərov evində həyat yoldaşı Ulduz Ələsgərovaya 5 dəfə balta ilə zərbə endirib. Ulduz Ələsgərova aldığı zərbələrdən ölüb.
M.Ələsgərov könüllü olaraq Quba RPŞ-yə gələrək istintaqa təslim olub.
Qətlə qısqanclıq zəminində baş verən münaqişə səbəb olub.