Türkiyənin “Turkish Airlines” aviaşirkətinə məxsus İstanbul-Brüssel reysi üzrə hərəkət edən təyyarə Vyanada məcburi eniş edib. Trend-in məlumatına görə, buna səbəb təyyarədə qeydə alınan tüstülənmə olub.
Məlumata görə, hadisə səhər saat 11:00-da qeydə alınıb. Təyyarə ekipajı dərhal təyyarənin endirilməsi barədə qərar qəbul edib.
Təyyarə Vyanada məcburi eniş etdikdən sonra yanğınsöndürmə briqadası eniş zolağına yaxınlaşıb.
Tüstülənmənin hansı səbəbdən baş verməsi hələ naməlum olaraq qalır. Təyyarədə araşdırma davam edir.
Hazırda təyyarə Vyana hava limanında qalmaqdadır.