Astarainfo.az xəbər verir ki, astaralı arıçılar arı məhsullarının sərgi satış yarmakasına hazırlıqlarını yekulaşdırmaq üzrədir.Bu il Astaranı yarmarkada 87-arıçı təmsil edəcək.Rayon arıçıları yarmarkaya 250-tona yaxın məhsul çıxarmagı planlaşdırırlar.
Paytaxt Bakıda keçiriləcək arı məhsullarının satış yarmarkası, Astaralı arıçıların da əsas ümid mənbəyidir.Çünki bu il məhsuldarlıgın çox olması arıçıları, minbir əziyyətlə əldə etdiyi balı necə sata biləcəklərini indidən düşünməyə vadar edib.
Uzun illərdir arıçıllıqla məşgul olan arıçı Əskər Zeynalov deyir ki, ötən illə müqayisə etdikdə bu il hər arı ailəsindən iki dəfədən artıq təmiz bal götürmək mümkün olub.Bu il hava şəraitinin arılar üçün əlverişli keçməsi arıçıların da işinə yarayıb.Belə ki, təsərrüfat sahibləri hər arı ailəsindən 18-20-kiloqram məhsulun əldə olunmasını yüksək göstərici hesab edirlər.Tədarük edilən bol məhsul arıçıları da sevindirir.Eləcədə, arıçılar Dövlət tərəfindən təşkil olunan satış yarmarkalarının keçirilməsini də yüksək qiymətləndirirlər.
Astaralı arıçıları sərgi satış yarmarkasının təşkil edilməsini yüksək qiymətləndirirlər.Onların sözlərinə görə sərgiyə çıxarılan balın ümumiyyətlə təbiiliyinə insanlar tərəfindən inam yüksəkdir.Buda onunla əsaslandırılır ki, satışa çıxarılan ballar xüsusi aparatlar vasitəsilə yoxlanılır və bunun nəticəsi olaraq orada saxta bal satmaq mümkün olmur.
Keçən il Astara rayonundan arıçılar tərəfindən yarmarkaya demək olar ki, 180-200-tona yaxın məhsul çıxarılmışdır.Bu il isə sərgi-satış yarmarkasında Astara rayonundan ümumilikdə 87-arıçının iştirak edəcəyi gözlənilir.Rayon arıçıları yarmarkaya 250-tona yaxın məhsul çıxarmagı planlaşdırırlar.Bu isə arıçıların əldə etdiyi məhsulun 4/1-hissəsini təşkil edir.Arıçılar sərginin ildə bir dəfə deyil, bir neçə dəfə keçirilməsini istəyirlər.
Qeyd edək ki, son illər dövlətin bu sahəyə ayırdıgı güzəştli kreditlər sayəsində Astarada arıçılıqla məşgul olanaların sayı artıb.Hazırda Astara rayonunda ümumilikdə 1,230-nəfər arıçı var.Arı ailələrinin sayı isə 26,000-dən yuxarıdır.