Azərbaycanın müdafiə naziri Belarusun hərbi təyinatlı vasitələri ilə tanış olub

Azərbaycanın Müdafiə Nazirliyinin nümayəndə heyəti Belarus hərbi-sənaye kompleksinin elmi-istehsalat müəssisəsində olub.

Astarainfo.az “Report”a-a istinadən bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənova müəssisədə hazırlanan və istehsal edilən hava hücumundan müdafiə vasitələri, eləcə də qoşunların idarə olunmasında ixtisaslaşan müxtəlif təyinatlı digər vasitələr təqdim edilib.