Bu il yaydan payıza keçid dövrü qısamüddətli olub.
Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
Onun sözlərinə görə, fəsillər arasında keçid dövrü mart, iyun, sentyabr, dekabr aylarında müşahidə edilir. Keçid dövrlərində hava şəraitində dəyişmələr müşahidə edilir.
A.Verdiyev deyib ki, bu il yaydan payıza keçid dövrü uzunmüddətli olmayıb. Bu dövr 3-4 gün – oktyabrın 1-dən 4-dək müşahidə edilib.
Keçid dövrünün qısa olmasının əvvəlki illərdə də müşahidə edildiyini deyən A.Verdiyevin sözlərinə görə, ümumilikdə avqust ayı və sentyabrın ilk yarısı ölkə ərazisində hava quraq keçib: “Bakıda və Abşeron yarımadasında, bölgələrdə isti hava şəraiti müşahidə olundu, anomal istilər qeydə alındı. Hətta avqustun 9-da Bakıda rekord temperatur qeydə alınmışdı. Ancaq sentyabrın sonlarında temperaturun tədricən enməyə başlaması və oktyabrın ilk günlərində (oktyabrın ilk 4 günündə temperatur normadan bir qədər aşağı olub) temperaturun bir qədər də enməsi havanın soyumasına səbəb oldu. Belə proseslər əvvəlki illərdə də müşahidə edilib. Lakin əvvəlki illərdə avqust-sentyabr ayında belə davamlı istilər müşahidə olunmamışdı. Bu il isə uzunmüddətli istilərdən sonra temperaturun enməsi istilərə alışan insanlarda bu prosesə uyğunlaşmanı pozdu”.
A.Verdiyev deyib ki, ötən ilin oktyabr ayı da soyuq keçib, düşən orta aylıq yağıntının miqdarı normadan 3,5 dəfə çox olub. Ümumilikdə 2016-cı ilin oktyabr ayı son 20 ildə nisbətən sərin keçən oktyabr ayı, 2002 və 2012-ci illərin oktyabr ayları isə son 20 ilin ən isti oktyabrı olub.
A.Verdiyev qeyd edib ki, oktyabrın ilk 4 günü istisna olmaqla, bu il oktyabrın hazırkı gününüdək olan dövrü ərzində havanın temperaturu iqlim normasına yaxın olub. Hazırda Bakıda və Abşeron yarımadasında havanın temperaturu 20-25 dərəcədir ki, bu da payız üçün xarakterikdir.
A.Verdiyev oktyabrda Bakıda 32-35 dərəcə istinin müşahidə edildiyi illərin də olduğunu qeyd ed