İnsan həyatının müəyyən dövründə stressə məruz qalır. Hər kəsin stresslə mübarizə üsulu özünə məxsusdur. Əlbəttə, emosional həssaslıq artdıqca həm fiziki həm də psixoloji cəhətdən orqanizim zəifləməyə başlayır.
Astarainfo.az Moderator.az -a istinadən bildirir ki, Çin təbabəti bu nöqtənin insan beyninin neqativ enerjilərdən təmizləyən ən yaxın hissə olduğunu bildirir.
Hamımızın qulağında stressi aradan qaldırmağıi təmin edəcək bir nöqtə var. Çin təbabəti bu nöqtəyə “Shen Men” yəni “Cənnətin Qapısı” adını verib. Bu üsulun bədəni daha gümrah və daha sağlam etdiyinə inanılır.
“Cənnətin Qapısı” adlanan nöqtənin orqanizmə enerji verdiyinə inanılır. Bununla yanaşı, sağlamlığı bərpa edir, stressi azaldır və bədəni sürətli gücləndirir. Bəzilərinə görə də asılılıq, psixoloji vərdişlərin və kiçik problemlərin yaxşılaşmasında də fəal rol oynayır.
Bəs “Shen Mən” necə tətbiq olunur?
Bir pambıqlı çubuq vasitəsilə yüngül “Shen Men” nöqtəsini yumşaq masaj edərək təsirini hiss etmək mümkündür. Masaj prosesi zamanı dərinən nəfəs alıb vermək lazımdır. Bir tərəfdən də diqqətiniz tam olaraq bədəninizi hiss etməlidir. Diqqət etməyiniz ən mühüm məqam isə, dərin nəfəs alarkən sola, nəfəs verərkən də sağa baxmağınız lazımdır. Bu hərəkət sürətli orqanizmin sakitləşməsini və güclənməsini təmin edir.