Kaliforniyada meşə yanğınları – 10 ölü, 100 yaralı

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları 10 nəfərin həyatına son qoyub.

Bir nəfər Mendosinoda, 2-si Napada, 7-si isə Sonomada həlak olublar.

Son məlumata görə, 100-dən artıq Kaliforniya sakini isə müxtəlif xəsarətlərlə xəstəxanalara müraciət ediblər. Yerli xəstəxanadan verilən məlumata görə, müraciət edənlərin əksəriyyəti tüstülənmədən zəhərləniblər. 12 nəfərin vəziyyəti daha ağır qiymətləndirilir.

Qeyd edək ki, “NBC” telekanalı daha əvvəl meşə yanğınlarının başlandığını və 20 mindən artıq insanın təxliyə olduğunu bildirib. Yanğında 1,5 mindən artıq ev və sənaye binaları yayrsız hala gəlib./Trend/