Millət vəkilinin ailəsindəki faciənin TƏFƏRRÜATI

Millət vəkili, professor Musa Qasımlının bacısı qızı Xalidə Rzayevanın öldüyü qəzanın bəzi təfərrüatları məlum olub.
Astarainfo.az BakuPost.az-a istinadən məlumatına görə, Sumqayıt şəhəri ərazisində Qubadlı rayon sakini Orxan Həziyev idarə etdiyi “Mercedes” markalı avtomobillə törətdiyi qəza zamanı 4 piyada vurulub. Vurulan 2 qadın hadisə yerindəcə keçinib, 2 kişi isə ağır bədən xəsarətləri alıb. 
Hadisə şahidlərinin sözlərinə görə, vəfat edən Xalidə Rzayeva və Sahibə Səfərli qəza zamanı maşının altında qalıb. Avtomobil onları 70-80 metr sürüyüb.
Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Qadınları xilas etmək mümkün olmasa da, vurulan digər 2 piyada xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Millət vəkilinin bacısı qızı X.Rzayevanın 52 yaşı varmış. O işdən evə dönərkən belə bədbəxt hadisəylə üzləşib.
Qeyd edək ki, hadisə oktyabrın 8-də saat 20 radələrində qeydə alınıb.
Sumqayıt ŞPİ tərəfindən faktla bağlı araşdırma aparılır.