Müharibə jurnalistikası təlimləri başladı

Türkiyənin “Anadolu Ajansı”nın təşkil etdiyi savaş dövrü jurnalistləri üçün təlimlərə start verilib. 13-cü dəfədir baş tutan təlimlərdə 3 qitədən 12 ölkədən qatılan jurnaistlər arasında bu il Azərbaycan da iştirak edir.

Təlimlərdə Azərbaycanla yanaşı Əfqanıstan, Albaniya, Bosniya və Herseqovinya, Kenya, Kosova, Efiopiya, Pakistan, Filippin və Serbiyadan olan jurnalistlər də iştirak edir.

Təlimlərin ilk günü Türkiyə Polis Akademiyasında baş tutub. Açılışı edən “Anadolu Ajansı”nın Xəbər Akademiyasının kordinatoru Hayri Çetinkuş bildirib ki, biz “Anadolu Ajansı” olaraq münaqişə bölgələrinə “müharibə jurnalistikası” sertfikatı olmayan jurnalistləri göndərmirik.

Müharibə jurnalistikası təlimlərinin əsas məqsədinin jurnalistlərin düşdükləri çətin şəraitdə sağ qalması olduğunu bildirən H. Çetinkuş “kursda münaqişə bölgələrində sağ qalmağın yollarını sizə öyrədəcəyik”, deyib.

İlk dərs xəritələrdə jurnalistlərin necə işləməsindən bəhs edib. Dərsi Türkiyə Polis Akademiyasının müəllimləri deyib. Daha sonra isə havadan hücum və bu zaman jurnalistlərin necə işləməsi barədə olub. Jurnalistləri bununla bağlı Türkiyə Hərbi Havaq Qüvvələrinin zabitləri məlumatlandırıb.

Qeyd edək ki, Anadolu Ajansın təşkil etdiyi müharibə jurnalistikası təlimlərininə ilk dəfə qatılan Azərbaycanı Ölkə.Az-nın saytının reportyoru Səxavət Məmməd təmsil edir.