Bu gün Qax rayonunda elektrik cərəyanının vuraraq öldürdüyü gənclə bağlı bəzi təfərrüat məlum olub.
Astarainfo.az “Report”un Şimal-qərb bürosuna istinadən məlumatına görə, Qax şəhər sakini, 1990-cı il təvəllüdlü Zakir Fikrət oğlu Əhmədov yaşadığı evin həyətində santexnik işləri görərkən ehtiyatsızlığın qurbanı olub.
Belə ki, Z.Əhmədov həyətdə plastmas boruları yapışdıran ütüdən istifadə edib işini yekunlaşdırarkən ehtiyatsızlıq edib. O, bir-neçə yerdən zədəli olan uzadıcı naqilin açıq hissəsinə əllə toxunub. Nəticədə yer nəm olduğundan elektrik cərəyanı onu vuraraq öldürüb.
Qeyd edək ki, Z.Əhmədov 1990-cı il oktyabrın 10-da Qax şəhərində doğulub və bu gün 27 yaşını tamam olurdu.
*** 16:06
Qax rayonunda 27 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Qax şəhərində baş verib.
Belə ki, şəhər sakini, 1990-cı il təvəllüdlü Zakir Fikrət oğlu Əhmədov həyətində iş görərkən onu elektrik cərəyanı vurub. O, Qax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.