Rusiya hərbi hava qüvvələri Suriyada əməliyyat keçirib.
“Ölkə.Az” xəbər verir ki, İraqın qərb rayonlarından Deyr-əz-Zora soxulmağa cəhd edən İŞİD terrorçuları qırıcıların hücumu ilə məhv edilib.
Nəticədə 34 terrorçu, iri kalibrli silahla təchiz edilmiş 5 yolsuzluq avtomobili və iki silah-sursat maşını məhv edilib.
Rusiya müdafiə nazirliyinin rəsmisi general-mayor İqor Konaşenkov bildirib ki, son sutka ərzində Rusiya aviasiyası terrorçulara 182 zərbə endirib.