Bu ətirlər insanların emosiyalarını dəyişməyə imkan verir
Təbii efir yağları təkcə fiziki deyil, həmçinin insanın psixoemosional vəziyyətinə də təsir edir. Bunlardan bir neçəsini diqqətinizə çatdırırıq.
Lavanda yatmağa kömək edir
Lavanda yağının ətri ağlı və bədəni rahatlaşdırır. Ən əsası isə lavanda ətri yuxusuzluqdan əziyyət çəkənlər üçün mükəmməl vasitədir. Bu, aparılan tədqiqatlar nəticəsində təsdiqlənib.
Darçın beynin işinin yaxşılaşmasına yaxşı təsir göstərir
Bu qəhvəyi ədviyyat supergücə malik olan vasitədir. “Wheeling Jesuit University” nin tədqiqatçıları müəyyən ediblər ki, darçın ətri motorikanı, görməni, yaddaşı və diqqəti yaxşılaşdırır.
İynəyarpaq ağacının ətri stresi azaldır
Yapon alimləri iki dəstəyə bölünmüş insanları meşəyə sınağa göndərirlər: bir dəstə yarpaqlı, ikinci dəstə isə iynəyarpaqlı meşəyə göndərilir. Birinci dəstə həyəcanlı və narazı gəlir, ikinci dəstə isə gümrah və istirahət etmiş şəkildə qayıdır.
Təzə biçilmiş otun ətri əhvalı yüksəldir
Daim sahədə olanda təzə biçilmiş otun ətri zehni cəhətdən yorğunluğun qarşısını alır.
Sitrus gümrahlaşdırır
Bazar ertəsi ətri: hətta, necə deyərlər, ölünü diriltməyə qadirdir. Sitrus ətri enerjinin istehsal olunmasına və qorunmasına lazım olan qədər kömək edir.
Vanil mehriban edir
Vanil həyatı şirin edir, xasiyyəti isə mehriban. Bu ədviyyat zəiflik və gümrahlıq arasında balans yaradır.
Nanə ətri diqqətin konsentrasiyasını yüksəldir
Nanə ətri nəfəs yollarını təmizləyir və bu da öz növbəsində insanı gümrahlaşdırır, beynin aktivliyini stimullaşdırır.
Jasmin gülü ətri depressiyanı uzaqlaşdırır
Jasminin ətri ilk növbədə bizi daha diqqətli edir, ikincisi isə lazımsız fikirlərlə mübarizə aparmağa kömək edir.
Alma meyvəsinin ətri miqren ağrılarını yüngülləşdirir
Baş ağrısından əziyyət çəkən insanlar yanlarında güclü alma ətri gələn vasitə saxlamalıdırlar. Almanın ətri ağrını götürməyi ilə yanaşı, həyəcan hissini aşağı salır./ikisahil.com/