Türkiyədə prokuror iş otağında güllələndi

Türkiyənin Antalya vilayətinin Qorqudeli rayonunun prokuroru Qədir Küçükönər silahlı hücuma məruz qalıb.

Trend-in məlumatına görə, prokurora iş otağında atəş açılıb.

Hadisə nəticəsində Q.Küçükönər ağır vəziyyətdə helikopterlə xəstəxanaya yerləşdirilib.

Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

İnsidentlə bağlı araşdırma başlayıb.