Vokal ifaçısı Adil Məlikovun xatirəsinə həsr olunmuş gecə keçiriləcək

Azərbaycan Televiziyası “Mədəniyyət Kanalı” nın təşkilatçılığı ilə oktyabr ayının 12-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində görkəmli vokal ifaçısı Adil Məlikovun xatirəsinə həsr olunmuş gecə keçiriləcək.

Astarainfo.az Trend-ə istinadən  məlumatına görə, gecədə xalq artisti Qərinə Kərimova, əməkdar artistlər Gülnaz İsmayılova, Zemfira İsmayılova, İnarə Babayeva, İlahə Əfəndiyva, Səbinə Vahabzadə, Əliəhməd İbrahimov, Cahangir Qurbanov, Afaq Abbasova, Səyidə Şərifəliyeva, Nərgiz Kərimova . Fərid Əliyev , Anton Ferştandt , vokalçılar Nina Makarova və Taleh Yahyayev çıxış edəcəklər.