AŞPA-da Azərbaycanla bağlı hesabatlar üzrə iki Qətnamə qəbul olundu — YENİLƏNİB

Avropa Şurası Parlament Assambleyası (AŞPA) “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı hesabatı təsdiqləyib və bununla bağlı qətnamə qəbul edib.
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Belçikalı parlamentar Alen Desteksenin hazırladığı “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” hesabat üzrə 14397 saylı Qətnamə qəbul olunub.

Astarainfo.az  APA-ya istinadən xəbər verir ki, müzakirələr nətcəsində hesabata əlavə və dəyişikliklər edilib.

Qətnamənin qəbulunun lehinə 114, əleyhinə 24 nəfər səs verib.

***
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı hesabat üzrə  14403 saylı Qətnamə qəbul olunub.

” Astarainfo.az  APA-ya istinadən xəbər verir ki, Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları hesabat üzrə Qətnamə 117 lehinə, 18 əleyhinə səslə qəbul edilib.