Azərbaycan çempionu Fransa klubuna transfer olunub

Azərbaycan yığmasının daha bir voleybolçusu karyerasını ölkə xaricində davam etdirəcək. Apasport.az saytının məlumatına görə, “Telekom”un yetirməsi olan Olena Həsənova Fransa klubuna transfer olunub.
22 yaşlı blokçu Çempionlar Liqasında mübarizə aparacaq “Le Kann” klubu ilə 1 illik müqavilə imzalayıb. O, artıq yeni komandasının düşərgəsində mövsümün hazırlığına da start verib. Təmsilçimiz Azərbaycan voleybolsevərləri üçün tanış sima – “Rabitə”, “Lokomotiv” kimi klublarda ölkə çempionatının müxtəlif əyarlı medallarını qazanmış Draqutin Baltiçin rəhbərliyi altında oynayacaq.

“Le Kann” Həsənovanın karyerasında yeni səhifə də açıb. “Telekom”la Azərbaycan çempionu olan və Super Liqanın gümüş medalını qazanan Həsənovanın ilk dəfə legioner həyatı yaşayacaq.

Qeyd edək ki, Olenadan öncə Anastasiya Qurbanova da Fransa klubuna transfer olunub. O, “Venel”in uğurları üçün çalışacaq