“Bu hər bir ölkənin təhlükəsizliyi üçün zəmanətdir” — Putin MDB ölkələrinə səsləndi

MDB ölkələri terrorla mübarizə və pul yuyulması sahəsində informasiya mübadiləsini artırmaq niyyətindədir.

“Ölkə.Az” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin MDB dövlət başçılarının sammitinin geniş tərkibli iclasında bildirib. Onun sözlərinə görə, MDB ölkələri səlahiyyətli orqanlar vasitəsilə informasiya və təcrübə mübadiləsini artırmaq niyyətindədir.

“MDB ölkələri terrorizmlə və çirkli pulların yuyulması ilə mübarizə sahəsində informasiya mübadiləsini gücləndirmək fikrindədirlər. Biz xarici siyasət və təhlükəsizlik sahəsinə dair məsələlərdə sıx əlaqələri davam etdirmək niyyətindəyik. Qarşılıqlı əlaqələr nəticəsində bu sahədə baş verən cinayətləri müəyyən edə və cinayətkarları həbs edə bilərik. Bu sahədə əməkdaşlıq hər bir ölkənin təhlükəsizliyi üçün zəmanətdir”, – deyə V.Putin bildirib.