Facebook çökdü – sosial media çalxalandı

Sosial media istifadəçiləri #Facebookdown (Facebook çökdü) haştağı altında şikayətlərini paylaşdılar. Facebook’a girməyə çalışan insanların qarşısına hər hansı bir xəbərdarlıq gəlmədən ağ bir səhifə açılır, status, mesaj görünmür.

Astarainfo.az A24.az-ə istinadən xəbər verir ki, Facebook tərəfindən bu şəkildə açıqlama verildi: “Facebook baxım səbəbiylə bu anda texniki problemlər yaşanır, ancaq bir neçə dəqiqə içərisində normala dönəcək.”
Xatırladaq ki, son günlər facebook tərəfindən yeni funksiyaların gəlməsi ilə bağlı istifadəçilərə anket təqdim olunmuşdu.