Bu gün reallıq ondan ibarətdir ki, kərə yağı dünya birjalarında bahalaşır.
 Astarainfo.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

O bildirib ki, bu, Azərbaycanda kərə yağının qiymətinə təsir edən əsas amildir:

“Azərbaycana əsas yağ tədarükçüsü Yeni Zelandiyadır ki, bu ölkədə də qiymət artımı davam edir. Bizim işimiz yalnız idxal və ixrac edilən məhsulların rəsmiləşdirilməsindən ibarətdir”.