Lənkəranda avtomobil kanala aşıb, 4 məktəbli xəsarət alıb – YENİLƏNİB

Lənkəranda baş verən avtoqəzada xəsarət alanların kimliyi məlum olub.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, ”Lada Priora” markalı avtomaşının kanala aşması nəticəsində Lənkəran şəhər sakinləri – 2001-ci il təvəllüdlü Rəsul Quliyev, ElsevənBaxışzadə, Rauf Məmmədli və Rəşad İbadzadə xəsarət alıb.
Onlar Lənkəran şəhər 6 saylı məktəb-liseyin şagirdləridir.
Həkimlər onların vəziyyətinin yaxşı olduğunu və ambulator müalicəyə göndəriləcəklərini deyiblər.
Faktla bağlı araşdırma aparılır.
***
15:56
Lənkəranda avtomobil kanala aşıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəranın Aşağı Nüvədi kəndi ərazisində hələlik kimliyi məlum olmayan sürücü idarəetməni itirərib və nəticədə avtomobil kanala aşıb. Avtomobildə olan 3 nəfər xəsarət alaraq Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib.