Meksikada həbsxanada QİYAM – Azı 13 nəfər ölüb

Meksikanın Kadereyta şəhərindəki həbsxanada baş verən qiyam zamanı azı 13 nəfər ölüb.

Daha 8 məhbusun vəziyyəti ağırdır.

Daha öncə bir nəfərin öldüyü bildirilirdi.

Qeyd olunur ki, qiyam edən məhbuslar 3 mühafizəçini girov tutublar və uzun bir müddət ərzində onların azadlığa buraxılması barədə danışıqlar aparıblar, lakin bu nəticəsiz olub. Bundan sonra polis məhbuslara qarşı güc tətbiq etmək qərarına gəlib./Trend/