Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin Belarusa səfəri başlayıb

Oktyabrın 11-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyətinin Belarus Respublikasına səfəri başlayıb.
Astarainfo.az AZƏRTAC -a istinadən xəbər verir ki, oktyabrın 11-də Milli Məclis sədrinin Belarus Respublika Şurasının sədri Mixail Myasnikoviç və parlamentin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə görüşləri keçiriləcək.
Azərbaycan nümayəndə heyəti daha sonra Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edəcək, Minsk traktor zavodunun fəaliyyəti ilə tanış olacaq.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədrləri Ziyad Səmədzadə, Fuad Muradov, deputatlardan Xanlar Fətiyev, Ülviyyə Ağayeva, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər şəxslər daxildirlər.
Səfər oktyabrın 13-də başa çatacaq.