Samir Şərifov ABŞ-a getdi – Vacib toplantı

11-15 oktyabr tarixlərində ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun İllik Toplantısı keçiriləcək. 
  Toplantıda Azərbaycanı maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Səfər zamanı bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
BVF və Dünya Bankına üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak edəcəyi illik toplantı çərçivəsində dünya iqtisadiyyatının cari vəziyyəti, yoxsulluğun aradan qaldırılması, iqtisadi inkişaf və yardımın effektivliyi daxil olmaqla, qlobal narahatlıq doğuran bir çox məsələlər müzakirə olunacaq. BakuPost.az