SOS! Rusiyada dabaq xəstəliyi qeydə alınıb

Rusiyanın Başqırdıstan Respublikasında qoyunlar arasında dabaq xəstəliyi qeydə alınıb.
  Xəstəlik bölgənin bir neçə kəndində yayılıb.
İlkin araşdırmalara əsasən, xəstəliyin Orta Asiya ölkələrindən gətirilən heyvanlardan keçdiyi məlum olub.
Xəstə heyvanların Qazaxıstan və ya Qırğızıstandan icazəsiz keçirildiyi ehtimal olunur. Bununla bağlı Başqırdıstan Prokurorluğu cinayət işi başlayıb.
Trend