Oktyabrın 12-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.
ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 13-15° isti, gündüz  16-19° isti, Bakıda gecə  13-15°, gündüz  17-19° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi 765 mm civə sütunu təşkil edəcək.

 

Nisbi rütubət  gecə 75-85 %, gündüz 60-70 %  olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 9-14°, gündüz  15-20° isti, dağlarda gecə 2-6°, gündüz 6-11° isti olacağı gözlənilir.