Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Tacikistana yola düşüb.
Bu barədə Ölkə.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Nazir oktyabrın 12-də Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək.