ABŞ Müdafiə Departamentinin rəsmisi Azərbaycanda səfərdədir

ABŞ müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən Laura Kuper Azərbaycanda səfərdədir.
Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfər zamanı bir sıra rəsmi görüşlərin keçirilməsi nəzərdə tutulub.