Azərbaycanda tələbə oğlan mesaj yazıb özünü öldürdü – TƏFƏRRÜAT

Dünən Salyan rayonunun Xıdırlı kəndində baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, özünü asaraq intihar edən 21 yaşlı Əsədov Emin Mehman oğlu Rusiya universitetlərindən birində qiyabi təhsil alırmış. O, atasına məxsus olan karyerdə ona kömək edirmiş.
Bildirilir ki, hadisədən əvvəl 21 yaşlı Eminlə atası arasında hələlik dəqiqləşməmiş səbəbdən münaqişə yaranıb. Bundan sonra o, atasına mesaj olaraq  “Ata mən getdim” sözlərini yazıb. Daha sonra yaşadığı evdə özünü asan gəncin meyitini anası aşkarlayıb.
Faktla bağlı Salyan rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
******
10:22
Salyan rayonunda intihar hadisəsi baş verib. Lent.az xəbər verir ki, rayonun Xıdırlı kənd sakii, 1996-cı il təvəllüdlü Əsədov Emin Mehman oğlu özünü yaşadığı evin həyətində asaraq həyatına son qoyub.
Faktla bağlı Salyan rayon Proklurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.