Bakıda “Argus” beynəlxalq qiymət agentliyinin baş tərəfdaş Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə keçirdiyi beynəlxalq neft sammiti işə başlayıb.
Astarainfo.az “Report”-a istinadən xəbər verir ki, 2 gün davam edəcək tədbir Xəzər regionunda əsas görüşlərdən biridir və beynəlxalq neft, nəqliyyat, ticarət, neft emalı, neft-kimya şirkətlərinin, profil nazirliklərin 250-dən çox rəhbərini, həmçinin Azərbaycan, Rusiya, Gürcüstan, Türkmənistan, İran, İsveçrə, BƏƏ, Qazaxıstan, Böyük Britaniya, Rumıniya, Ukrayna, Türkiyə və digər ölkələrin dövlət orqanlarının nümayəndələrini bir araya gətirib.
Sammit iştirakçıları neft və neft məhsullarının, neft-kimya məhsullarının ixracı üçün logistik marşrutların inkişaf xüsusiyyətlərini, Xəzəryanı ölkələrin bazarlarında baş verən dəyişiklikləri nəzərdən keçirəcək, nəqliyyat infrastrukturunun genişləndirilməsi və müasirləşdirilməsi məsələlərini, eləcə də qaz layihələrinin inkişafı xüsusiyyətlərini müzakirə edəcəklər.
Sammit çərçivəsində SOCAR prezidenti Rövnəq Abdullayevin, “Argus”un Rusiya, MDB və Baltikyanı ölkələrdəki rəhbəri Vyaçeslav Mişenkonun, “Argus Media Group”un əməliyyat direktoru Filip Şounun, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədəki regional prezidenti Heri Consun, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun, Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasovun, Gürcüstanın energetika nazirinin müavini Romeo Mikautadzenin, eləcə də Azərbaycanın və xarici ölkələrin neft və logistik struktur
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...