Bolqarıstan prezidenti Bakıda müxtəlif sahələr üzrə əməkdaşlıq məsələlərini müzakirə edəcək 12/10/2017 Share on facebook Twitter tweet Bolqarıstan prezidenti Rumen Radev oktyabrın 13-14-də Azərbaycana rəsmi səfərə gələcək. Trend-in məlumatına görə, bu barədə Bolqarıstan dövlət başçısının rəsmi saytı xəbər verib. Məlumatda qeyd olunur ki, Bolqarıstan prezidenti Bakıda bir sıra görüşlər keçirəcək. Bu görüşlər çərçivəsində siyasi, ticari, iqtisadi, enerji, nəqliyyat, təhsil, elm və mədəniyyət sahələrində məsələlərin müzakirə ediləcəyi bildirilir.