Almaniyanın Frankfurt-Mayn şəhərinin əsas görməli yerlərindən biri olan Höte qülləsi (Goetheturm) tamamilə yanıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, yerli yanğınsöndürmə xidməti Zaksenhauzen bölgəsində baş verən yanğını söndürməyə çalışda da, qülləni yanğından qorumaq mümkün olmayıb.
Yanğının başqa tikililərə keçməsinin qarşısı alınıb.
Hadisənin səbəbi məlum deyil. Bununla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hündürlüyü 43 metr olan Höte qülləsi 1867-ci ildə inşa edilib.1931-ci ildə isə taxta qüllə yenidənqurma işləri sayəsində bərpa edilib.