“Ötən ilin sentyabr ayı ilə müqayisədə bu il Azərbaycana gələn turistlərin sayında 7 faiz artım olub”.
“Report” xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Onun sözlərinə görə, əvvəl insanlar və ticarət obyektlər Bakı Ticarət Festivalına (“Baku Shopping Festival”) qoşulmağa ehtiyatla yanaşırdı: “Ötən il ƏDV qaytaran və festivalda iştirak edən obyektlərin sayı 172 idisə, bu dəfə 467 müəssisə qeydiyyatdan keçib. ƏDV qaytarmayan, amma endirim tətbiq edən partnyorların sayı ilk dəfə 33 idisə, bu dəfə 111-dir. Ötən il iştirakçıların sayı 205 idisə, bu il üçün 578-dir”.
Nazir bildirib ki, festivalda partnyor kimi iştirak edəcək supermarketlərdə endirimlər qida məhsullarına şamil edilməyəcək: “Burada sırf elektron texnikaları üçün ƏDV qaytarılmalıdır”.
Ə.Qarayev vurğulayıb ki, növbəti ildə turistlər üçün xüsusi imtiyaz kartı tətbiq olunacaq: “Bununla bağlı iş gedir. Məsələ təhlil edildikdən sonra saya görə hazırlıq ediləcək”.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...