Astarainfo.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Mıxlıqovaq kəndində qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü Eyvazov Səbuhi Rüstəm oğlu odun üçün irigövdəli ağacı kəsən zaman ehtiyatsızlıq edib, ağac onun başına düşüb.
Ağır bədən xəsarətləri alan Səbuhi Eyvazov əvvəlcə Qəbələ rayon Mərkəzi Xəstəxanasına aparılıb. Sonra onun vəziyyəti ağırlaşdığı üçün təcili olaraq müalicə üçün Bakıdakı xəstəxanalardan birinə aparılıb, cərrahiyyə əməliyyatı olunub. Hazırda vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Bu gün Respublikanın hər yerində olduğu kimi Astara rayonunun ümumtəhsil məktəblərində də 2021-2022-ci tədris ilinin ilk dərs günüdür.
İlk dərs günündə Astara rayon İcra Hakimiyyətinin...