Sevil Əliyeva üçün özəl gün

Oktyabrın 12-si Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyevanın ad günüdür.
  Sevil Əliyevanın 62 yaşı tamam olur.
Sevil Heydər qızı Əliyeva 1955-ci il oktyabrın 12-də Bakıda anadan olub. 1961-1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil alıb. 1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini ərəb dili şöbəsində ali təhsil alıb.
1977-1980-cı illərdə Moskvada SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxuyub. 1981-ci ildə elmi tədqiqatını başa çatdırıb, namizədlik dissertasiyası müdafiə edib. Tarix elmləri namizədidir.

1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub.
Bir qızı, iki oğlu var.

Sevil Əliyeva uzun illərdir övladları ilə birgə Londonda yaşayır. 1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirən S.Əliyeva bir sıra mahnıların, o cümlədən anası, mərhum akademik Zərifə Əliyevaya həsr etdiyi “Ana” elegiyasının müəllifidir. O, həm də “Space” Televiziyasının qurucusudur.
S.Əliyeva “Sevil” Qadınlar Məclisinin sədri, “SOS” Uşaq Kəndləri – Azərbaycan Assosiasiyasının fəxri prezidentidir.
Sevil Əliyevanın oğlu Azər Əliyev hazırda Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidentidir./Modern.az/