“Tottenhem”in uzun müddətdir zədədən əziyyət çəkən futbolçusu Erik Lamela nəhayət məşqlərə başlayıb.
Astarainfo.az Qol.az-a istinadən yaydığı xəbərə görə, keçən ilin oktyabrında budundan zədə alan 25 yaşlı yarımmüdafiəçi bu ilin mart ayında əməliyyat olunmuşdu.
Lamelanın noyabrda tam hazır olacağı gözlənilir.
Qeyd edək ki, argentinalı futbolçu 2013-cü ildən London klubunda çıxış edir.