Azərbaycanda bank kreditlərinin 14 faizdən çoxunun ödəmə vaxtı keçib

2017-ci il sentyabr ayının 1-nə Azərbaycanda bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 376,6 milyon manat təşkil edib.

Astarainfo.az-ın Trend-ə istinadən məlumatına görə, kredit portfelinin 10 milyard 020,9 milyon manatı uzunmüddətli kreditlər olub.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 14,7 faizini təşkil edib.