Bakıda 20 yaşlı qız özünü 18-ci mərtəbədən ataraq intihar edib

Bakıda 20 yaşlı qız intihar edib.

Astarainfo.az “Report”-a istinadən  xəbərinə görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, 20 yaşlı Diana Abbasova özünü yaşadığı 29 mərtəbəli binanın 18-ci mərtəbəsindən yerə ataraq intihar edib.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.