Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstan prezidenti Rumen Radev və xanımı Desislava Radeva oktyabrın 13-də Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.
Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.
Prezident və xanımı akademik Zərifə Əliyevanın da məzarını ziyarət edib, məzarı üzərinə gül dəstələri düzüblər.
Rumen Radev və xanımı Desislava Radeva daha sonra Şəhidlər xiyabanını ziyarət ediblər.
Bolqarıstan prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.