Eyfel qülləsi bağlandı – Budəfəki səbəb?

Parisdə Eyfel qülləsi turistlərin üçün bağlanıb.

Astarainfo.az-ın Trend-ə istinadən məlumatına görə, buna günorta saatlarından başlayaraq gecəyə qədər davam edəcək tətillər səbəb olub.

Fransada həmkarlar ittifaqlarının etirazları artıq bir neçə həftədir davam edir. Tətillər əmək qanunvericiliyinə dəyişikliklərlə bağlıdır.

Qeyd edək ki, hər il 6 milyondan çox turist Eyfel qülləsini ziyarət edir.