Əziz kulinarlar, ideal blinçik hazırlamağın 8 qızıl qaydasını təqdim edirik. Bu şərtlərə əməl edib, nəticəsindən məmnun qalmamamaq mümkün deyil.
1. Blinçikə tökəcəyiniz maye isti olmalıdır ki, xəmir yapışqan olsun.
2. Blinçiklərinizin dadlı və gözəl alınmasını istəyirsinizsə, unu ələyib, biraz gözlədikdən sonra kütləyə qatın.
3. Duz və şəkər tozunu reseptdə göstərilən miqdarda əlavə edin. Çünki, duz çox olarsa, blinçiklər solğun, şəkər artıq səpilərsə, bərk alınar.
4. Bu bənddə çoxumuzun sevmədiyi halın çözümünü təqdim edirik. Blinçik xəmirində un topları qalmağını istəmirsinizsə, unu duzlu suda qarışdırıb, sonra əlavə edin.
5. Blinçik bişirəcəyiniz tavaya öncə duz səpib, quru salfetlə silin. Yalnız bundan sonra xəmirə yağ əlavə edib, qızardın.
6. Blinçikləri eyni anda 2 tavada qızardanda daha rahat olur. Bişmiş blinçiklərə kərə yağı sürtüb, üst-üstə qoyanda dadı daha gözəl olur.
7. Blinçiki çevirərkən sınırsa, təlaşlanmayın. Sadəcə xəmirə yenə un və yumurta töküb, qarışdırın.
8. Soyumuş blinçikləri qızdırıb, yemək istəyirsinizsə, folqaya büküb, 140 dərəcə isidilmiş sobaya qoyun. 5-10 dəqiqədən sonra götürüb, nuş edin.
Leyla Sarabi
Publika.az