Meteohəssas insanlarda narahatlıq hissi yaranacaq

Oktyabrın 14-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin axşam yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var.

Cənub küləyi gündüz arabir güclənəcək.

ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 13-15° isti, gündüz  18-22° isti, Bakıda gecə  13-15°, gündüz  19-21° isti olacağı gözlənilir.
Atmosfer  təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə  75-85 %, gündüz  45-50%  olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 14-15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişli olsa da, arabir güclənən cənub və şimal küləklərinin tez-tez bir-birini əvəz etməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi  gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 10-15°, gündüz  18-23° isti, dağlarda gecə 2-7°, gündüz 11-16° isti olacağı gözlənilir.