Rezidentlərin yekun attestasiyası Səhiyyə Nazirliyinin əmri ilə təsdiq edilmiş Attestasiya Komissiyası tərəfindən aparılacaq. Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, Naxçıvan Dövlət Universitetinin rezidentlərinin yekun attestasiyası həmin universitetdə, digər klinik bazaların rezidentlərinin yekun attestasiyası Azərbaycan Tibb Universitetində keçiriləcək.
Yekun attestasiya iki mərhələdə (test və praktiki) aparılacaq.
Yekun attestasiyanın istənilən mərhələsində iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.
Yekun attestasiyanın test mərhələsi oktyabrın 25-də Azərbaycan Tibb Universitetinin Virtual Test Mərkəzində (VTM) keçiriləcək. İmtahan rezidenturada təhsil müddəti iki və üç il olan ixtisasların məzunları üçün saat 12.00-da, təhsil müddəti dörd və beş il olan ixtisasların məzunları üçün saat 13:00-da başlayacaq. Oktyabrın 14-dən rezidentlər şəxsiyyət vəsiqələrini təqdim etməklə VTM-də istifadəçi şifrəsini əldə edə bilərlər. 23-24 oktyabr tarixlərində saat 14:00-da VTM-də yekun attestasiyanın test mərhələsi ilə əlaqədar rezidentlər üçün treninq keçiriləcək.
Yekun attestasiyanın praktiki mərhələsi 27-30 oktyabr tarixlərində saat 09.00-da baş tutacaq. Rezidentlərin göstərilən günlərdə saat 08.45-də şəxsiyyət vəsiqələri ilə ixtisas üzrə yekun attestasiyanın keçirildiyi müəssisədə olmaları tələb olunur. Rezidentlərin yekun attestasiyanın praktiki mərhələsində iştirakının qrafiki aşağıda verilib:
Tarix və vaxt
|
İxtisaslar |
Attestasiyanın keçiriləcəyi yer |
---|---|---|
27 oktyabr 2017-ci il, saat 9:00 |
Psixiatriya
Narkologiya |
Bakı şəhəri 2 nömrəli Psixiatriya Xəstəxanası |
Ümumi cərrahiyyə | Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, X mərtəbə | |
Neyrocərrahiyyə | Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, IX mərtəbə | |
Plastik cərrahiyyə | Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, VIII mərtəbə | |
Urologiya | Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, XII mərtəbə | |
Nefrologiya | Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, IV mərtəbə | |
Revmatologiya | Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, XI mərtəbə | |
İmmunologiya
|
Azərbaycan Tibb Universitetinin 5 nömrəli tədris binası, I mərtəbə | |
Ftiziatriya
|
Elmi-Tədqiqat Ağçiyər Xəstəlikləri İnstitutu (Azərbaycan Tibb Universitetinin Ftiziatriya kafedrası) | |
Gigiyena
|
Azərbaycan Tibb Universitetinin 1 nömrəli tədris binası, IV mərtəbə | |
Mikrobiologiya
|
Azərbaycan Tibb Universitetinin 4 nömrəli tədris binası, III mərtəbə | |
Laboratoriya işi
|
Azərbaycan Tibb Universitetinin 4 nömrəli tədris binası Biokimyəvi laboratoriya | |
Genetika
|
Azərbaycan Tibb Universitetinin 4 nömrəli tədris binası, III mərtəbə | |
Epidemiologiya
|
Azərbaycan Tibb Universitetinin 5 nömrəli tədris binası, VII mərtəbə | |
Anesteziologiya-reanimatologiya | Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, IV mərtəbə | |
Oftalmologiya
|
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, VI mərtəbə | |
Allerqologiya
|
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası, I mərtəbə | |
Yoluxucu xəstəliklər
|
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, I mərtəbə | |
Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza | Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi | |
Şüa terapiyası
|
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, II mərtəbə | |
Stomatologiya
|
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikasının Tədris mərkəzi | |
Sosial gigiyena və səhiyyənin təşkili | Azərbaycan Tibb Universitetinin 5 nömrəli tədris binası, IV mərtəbə | |
30 oktyabr 2017-ci il, saat 9:00
|
Ürək-damar cərrahiyyəsi | Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, X mərtəbə |
Uşaq cərrahiyyəsi | Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, IV mərtəbə | |
Travmatologiya-ortopediya | Azərbaycan Tibb UniversitetininTədris Cərrahiyyə Klinikası, IX mərtəbə | |
Onkologiya | Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikası | |
Mamalıq-ginekologiya | Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, VI mərtəbə | |
Fizioterapiya və tibbi bərpa | Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, VII mərtəbə | |
Üz-çənə cərrahiyyəsi | Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, VIII mərtəbə | |
Otorinolarinqologiya
|
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, VIII mərtəbə | |
Nevrologiya
|
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, VII mərtəbə | |
Terapiya
|
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, VIII mərtəbə | |
Kardiologiya
|
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikasının Kardiologiya şöbəsi, I mərtəbə | |
Ftiziatriya
|
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu (Azərbaycan Tibb Universitetinin Ftiziatriya kafedrası) | |
Qastroenterologiya
|
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, XI mərtəbə | |
Hematologiya
|
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikasının Hematologiya şöbəsi, XIII mərtəbə | |
Dermatovenerologiya | Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, I mərtəbə | |
Endokrinologiya
|
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, IX mərtəbə | |
Pediatriya
|
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, V mərtəbə | |
Şüa diaqnostikası
|
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, II mərtəbə |