Türkiyə Rusiyadan S-500 raketləri almaq istəyir

Serbiyaya rəsmi səfərdən geri dönən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyadan S-400 zenit-raket komplekslərinin alınmasında heç bir problemin olmadığını deyib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan gələcəkdə S-500 raketlərini də almaq istədiklərini deyib.
“S-400-lə bağlı problemimiz yoxdur. İlkin mərhələdə ortaq istehsal olmayacaq, ikinci mərhələdə isə bu yöndə addımlar atacayıq. Düşünmürəm ki, cənab Putinlə danışıqları S-400-lə yekunlaşdıracayıq, S-500-lə bağlı da müzakirələr aparacayıq”.