Vyetnamda sel və torpaq sürüşməsi insan tələfatına səbəb olub.
Astarainfo.az”Ölkə.Az”-a istinadən xəbər verir ki, torpaq sürüşməsi və daşqın nəticəsində ölənlərin sayı 54-ə çatıb. Bundan başqa 39 nəfər də itkin düşüb.
Vyetnamın fövqəladə hallar idarəsindən verilən açıqlamada deyilir: “Sel və torpaq sürüşməsi nəticəsində 31 nəfər xəsarət alıb. 10 mindən çox ev su altına qalıb. İnfrastruktur, əkin sahələri və fermalara ziyan dəyib”.
Ölkənin orta və şimal hissəsində baş verən təbii fəlakət nəticəsində bəzi regionlarla əlaqə kəsilib.
Yen Bai bölgəsində itkin düşən 16 nəfərin axtarışlarına 580 əsgər və polis, 2 min nəfər isə könüllü qatılıb.