Bərdədə ət kəsimi ilə məşğul olan şəxslər aşkarlanıb. Onların həyətinə baxış zamanı antisanitar kəsim yeri ilə yanaşı at əti də aşkar edilib.araşdırmalar nəticəsində məlum olub ki, həmin ailə ötən ay da eyni əmələ görə inzibati məsuliyyətə cəlb edilib.
100 kiloqram at əti aşkarlandı. Bərdədə Rayon Baytarlıq İdarəsi və Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının iştirakı ilə Bakı küçəsi, ev 28-də yaşayan Vəsilə Novruzovanın həyətinə baxış keçirilib. Baxış zamanı həyətdə qeyri-qanuni kəsim yeri aşkar edilib. Araşdırma zamanı məlum olub ki, at kəsimi ev sahibəsi Vəsilə Novruzova və oğlu Niyaməddin Novruzov tərəfindən həyata keçirilib.
Həmçinin oradan 2 baş atınn daxili orqanları və xeyli at əti aşkar edilib.
Ətlər və atın daxili orqanlarını zərərsizləşdirmək məqsədi ilə götürülüb. Həmçinin, ətdən nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sözçüsü Yolçu Xanvəli bildirib ki, bu, Novruzovlar ailəsinin ilk belə əməli deyil. Onlar ötən ay da at kəsidikləri üçün barələrində inzibati tədbir görülüb.
Yolçu Xanvəlinin sözlərinə görə, ilin əvvəlindən indiyədək 15 tondan artıq mənşəyi məlum olmayan ət aşkarlanıb. Bunun da 5 tondan artığı at əti olub. Xezerxeber.az