Hərrac keçiriləcək – Satışa 20 milyon manatlıq istiqraz çıxarılır 14/10/2017 Share on facebook Twitter tweet Oktyabrın 17-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Trend-ə BFB-dən verilən məlumata görə, istiqrazların ümumi həcmi 20 milyon manat, hər bir istiqrazın nominal dəyəri 100 manatdır. Məlumata görə, istiqrazların tədavül müddəti 182 gündür, ödəmə tarixi 2018-ci ilin aprelin 17-də bitir. Qeyd edək ki, “PAŞA Kapital” QSC anderrayter vəzifəsində çıxış edir.