“Qarabağ” komandası Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb.
“Report” xəbər verir ki, Ağdam təmsilçisi VIII turun açılış oyununda “İnter”i səfərdə məğlub edib.
“İnter Arena”da baş tutan görüşdə qonaqlar Dino Ndlovun dublu ilə qələbə qazanıblar. Ndlovu ikinci qol zamanı kobud səhvə yol verən meydan sahiblərinin futbolçusu Denis Silva Kruzun müdaxiləsindən sonra zədələnib. Qoldan sonra isə “İnter”in qapıçısı Orxan Sadıqlı ilə Kruz arasında mübahisə baş verib. Onlar bir-birilərini topa tez çıxmaqda günahlandırıblar.
Qeyd edək ki, bu qalibiyyətdən sonra xalını 19-a çatdıran “Qarabağ” liderliyini möhkəmlədib. “İnter” isə 8 xalla 5-ci pillədə qalıb.
Azərbaycan Premyer Liqası, VIII tur
13 oktyabr (cümə)
15:30. “İnter” – “Qarabağ” – 0:2
Qollar: Dino Ndlovu, 85; 90 2
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...