Türkiyədə dəhşətli zəlzələ baş verəcək – Ciddi xəbərdarlıq edildi

Türkiyəli zəlzələ mütəxəssisi Oğuz Gündoğdu Bursa şəhərində ən güclü zəlzələnin 1855-ci ildə baş verdiyini və yaxın müddətdə 7 bal gücündə güclü zəlzələnin gözlənildiyi haqda məlumat verib.
Metbuat.az bildirir ki, mütəxəssis zəlzələnin episentri ilə əlaqədar məlumatın olmadığını, bunun üçün xüsusi sistem hazırlandığını və məlumatlara davamlı nəzarət etdiklərini söyləyib.
 Gündoğdu zəlzələnin yaxınlaşdığını, insanların bunula bağlı panikaya düşməməsini qeyd edib. Ciddi tədbirlər görüldüyü diqqətə çatdırılıb.