Ağdamın “Qarabağ” klubu ilə Çempionlar Liqasının “C” qrupunda yer alan klublar ölkə çempionatlarında növbəti oyunlarını keçiriblər.
”Komandalardan ikisi məğlub olduğu halda, biri son məqamda qələbəni əldə verib.
“Qarabağ”ın ÇL-nin II turunda Bakıda məğlub olduğu İtaliya “Roma”sı evdə “Napoli”ni qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Ağdam klubunun ilk turda böyük hesabla uduzduğu İngiltərə “Çelsi”si isə səfərdə “Kristal Pelas”ın öhdəsindən gələ bilməyib və 1:2 hesablı məğlubiyyətlə üzləşib.
Azərbaycan komandasının oktyabrın 18-də Bakıda qəbul edəcəyi “Atletiko Madrid” İspaniya La Liqasının ev oyununda “Barselona” üzərində 1:0-lıq qələbəni 82-ci dəqiqddə əldən verib. Luis Suares rəqibin bərabərlik qolunu vurub.
“Qarabağ”a gəldikdə isə, Ağdam klubu ölkə çempionatında “İnter” üzərində 2:0 hesablı qələbə qazanmaqla Premyer Liqada liderliyini davam etdirib.“Report