Bu gün yerli vaxtla saat 8.00 (Bakı vaxtı ilə saat 06.00- red) Qırğızıstanda prezident seçkiləri başlayıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Dövlət Qeydiyyat Xidməti seçkilərdə 325768 nəfərin səs verə biləcəyini açıqlayıb.
Onlardan 2908453 ölkə daxilində, 98735 qırğızıstanlı isə əlavə açılmış seçki məntəqələrində, 18580 nəfər isə ölkədən kənarda səsvermə hüququndan istifadə edə biləcək.
Dövlət başçısı postuna 11 nəfər namizədliyini irəli sürüb. Beynəlxalq təşkilatların müşahidəçiləri seçkilərin gedişatını izləmək üçün ölkəyə gəlib.
Seçkilər zamanı təhlükəsizlik və ictimai asayışı qorumaq üçün hüquq-mühafizə orqanlarının 9384 əməkdaşı prosesə cəlb olunub.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...